“Cahan Holdinq”dən daha bir nümunəvi addım

Kirayə haqları azaldıldı, kommunal ödənişlər ləğv edildi

A- A A+

Dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasına təsirinin azaldılması ilə bağlı həyata keçirilən tədbirlərə “Cahan Holdinq” Şirkətlər Qrupu da fəal qoşulub. 

Holdinqdən NUHÇIXAN-a verilən məlumata görə, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən bütün mağazaların kirayə haqqları 1 aprel 2020-ci il tarixdən 1 iyun 2020-ci il tarixədək  50 faiz azaldılıb. Həmçinin, Gənclər Şəhərciyi Yaşayış Kompleksində bütün sakinlərin 1 aylıq (1 aprel 2020-ci il) kommunal ödənişləri ləğv edilib, kirayə  qalan sakinlərin isə 1 aylıq  ödənişi 150 manat azaldılıb. Eyni zamanda, yaşayış kompleksinin əhatəsində olan mağazaların 1 aylıq kommunal ödənişlərinin də ləğv edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, holdinq Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat vəsait də köçürüb.

“Cahan Holdinq”in şüarı belədir: “Güc Birlikdədir”!

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: