Ordubad rayonunda qanunsuz balıq ovu edən şəxslər saxlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində  Nüsnüs çayının Yuxarı Əndəmic ərazisindən keçən  hissəsində Aşağı Əndəmic kənd sakinləri Əlizadə Turan Abbas oğlu və Rüstəmov Vüsal Bayram oğlu tərəfindən  qadağan edilmiş yerdə balıq ovu etmələri faktı aşkar olunub.

Hadisə yerinə baxış zamanı balıq ovlanması üçün nəzərdə tutulmuş küstar üsulu ilə hazırlanan 1 ədəd tor və həmin tor ilə ovlanan  adı Qırmızı kitaba düşən və ovlanması qadağan edilən 18 qırmızı xallı farel balığı sənədləşdirilərək maddi sübut kimi götürülüb.

Həmin  şəxslər barəsində qanuna müvafiq  olaraq tədbirlər həyata keçiriləcək.

Mahmud Hüseynov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: