ISESCO COVID-19 pandemiyası ilə mübarizədə üzv ölkələrə yardım layihəsinə start verib

A- A A+

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzv ölkələrdə yeni növ koronavirus pandemiyasına qarşı mübarizəyə töhfə vermək məqsədilə yardım layihəsinə start verib.

NUHÇIXAN xəbər verir ki, təşkilat İslam ölkələrində əlin dezinfeksiyası üçün jele istehsal edən kiçik müəssisələrin yaradılması və müvafiq personalın təlimi üçün texniki və maliyyə yardımı göstərəcək.

Təşkilatın məlumatında qeyd olunub ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Bu məqsədlə yerlərdə yeni texnologiyaların tətbiqi ilə kiçik müəssisələrin yaradılması, bununla da bir sıra icmalarda əlavə iş yerlərinin açılması nəzərdə tutulur. Layihə tibbi ləvazimatların kiçik müəssisələrdə istehsalı üzrə ISESCO-nun proqramı çərçivəsində həyata keçiriləcək. İlk olaraq, təşkilat Mali Respublikasında hökumət strukturları ilə birgə fəaliyyət göstərəcək. Sonra digər üzv ölkələrdə də layihənin həyata keçirilməsinə başlanacaq.

"ISESCO üzv ölkələrdə COVID-19 virusunun yayılmasının monitorinqini aparır və təşkilat bundan sonra da pandemiyanın qarşısının alınması, onun sosial-iqtisadi vəziyyətə təsirinin azaldılması istiqamətində səylərini davam etdirəcək", -deyə təşkilatın məlumatında vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: