Muxtar respublikanın rayonlarında növbəti yaşıllaşdırma tədbirləri həyata keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, aprelin 4-də Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında növbəti yaşıllaşdırma tədbirləri həyata keçirilib. Duzdağ Fizeoterapiya Mərkəzinin yol kənarlarında, Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz  magistral yolunun ətrafında, Nəzərəbad və Uzunoba kəndlərinin ərazilərindəki teraslarda və digər sahələrdə minlərlə ağac əkilib, yeni bağ və yaşıllıqlar salınıb. Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının ictimaiyyəti də aparılan  yaşıllaşdırma tədbirlərində yaxından iştirak ediblər.

Xatırladaq ki, təkcə 2019-cu ildə muxtar respublikada 600 hektara yaxın sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 323 mindən artıq ağac və gül kolu əkilib. Muxtar respublika ərazisində son 26 ildə 19 min hektardan çox sahədə meyvə bağları, meşə massivləri, yaşıllıq zolaqları salınıb. Ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində meşə və qeyri-meşə fondu ərazilərində yaşıllıq sahələri 1996-cı illə müqayisədə 0,6 faizdən 20 faizədək artıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: