Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yabanı ağaclara calaq vurulur - FOTOLAR

A- A A+

Muxtar respublika ərazisində yaz calağının aparılması davam etdirilir. NUHÇIXAN xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu dəfə Şahbuz Dövlət Təbiət Qoruğunun meşəlik ərazisində bu tədbirləri həyata keçiriblər.

Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində aparılan calaq işləri əsasən toxum üsulu ilə əkilən ağaclarda tətbiq olunub.  Toxumla əkilən meyvələr calaq edilmədikdə onlar çırlaşır və inkişafdan dayanır.

Ekoloqlar parkın ərazisindəki ağacların calaq olunmasında daha çox göz və yarma üsuluna üstünlük veriblər.

Qeyd edək ki, aparılan calaq işləri zamanı 80-dan çox alma və armud qələmlərindən  istifadə olunub.

Sadiq Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: