Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi muxtar respublika sakinlərinə müraciət edib.
NUHÇIXAN-ın məlumatına görə, müraciətdə deyilir: Dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə ciddi zərurət olmadan kəndlərdə yaşayan vətəndaşların rayon mərkəzlərinə, eyni zamanda rayonlardan Naxçıvan şəhərinə gəlməsinə 04 aprel 2020-ci il tarixdən məhdudiyyətlər tətbiq edilir.
Muxtar respublika sakinlərindən xahiş olunur ki, xidməti işləri və səhhətləri ilə əlaqədar təxirəsalınmaz hallar istisna olmaqla digər səbəblərdən yaşadıqları ərazidən kənara çıxmasınlar.