Yabanı tərəvəz bitkiləri və onların əhəmiyyəti

A- A A+

Dünyada geniş yayılan yoluxucu xəstəliklərə qarşı spesifik müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır. İmmuniteti gücləndirməyin ən asan yolu isə sağlam həyat tərzi və düzgün qidalanmaqdır.

Orqanizmin bakteriya və viruslara, qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdırır.

Qida rasionunda mikroelementlər, vitamin və mineralların azlığı orqanizmdə müəyyən infeksiyalara yol açır. Yabanı tərəvəz bitkiləri də bu elementlərlə zəngindir. Onların tərkibində  gündəlik qida rasionuna daxil olan C, A, E, B qrupu vitaminləri, fol turşusu, sink, dəmir, mis, selen var.

Yabanı tərəvəz bitkilərinin qədim dövrlərdən istifadəsi haqqında bir sıra əsərlər yazılıb. Bunların əksəriyyəti şifahi etnobotanik sorğular və dildən-dilə olan məlumatlardır. Bu gün də yabanı tərəvəz bitkiləri əhali tərəfindən təzə, qurudulmuş, duza qoyulmuş və bişirilmiş halda istifadə olunur.

Əhalinin saf,  keyfiyyətli ərzaq məhsullarına tələbatını ödəmək üçün yerli imkanlardan daha səmərəli istifadə etməyə böyük ehtiyac vardır. Bu imkanlardan biri də qida tələbatının bir hissəsinin yabanı flora hesabına ödəməkdən ibarətdir.

1. Orta cincilim

Tərəvəz bitkisi kimi o digər bitkilərlə - qu­şəp­­pəyi, əvəlik, quzuqulağı və s. ilə birlikdə istifadə olunur. Cin­­cilimdən yerli əhali müxtəlif xörəklər- buğlama, şorba, kü­kü, sıyıq, qutab, dovğa, salat, göy borş və s. hazırlayır. Bundan əlavə onun ətli  qovurması və südlə bişirilməsi dadlı olur. Tə­rə­vəz kimi aprel-may aylarında toplamaq lazımdır. Baharın erkən gə­lişi ilə əlaqədar mart ayında da yığmaq mümkündür. Bu bit­ki­nin əkinə yaramayan sahələrdə əkilib-becərilməsi vacibdir. O, kökümsovları və toxumları ilə sürətlə artır. İlk yazda və pa­yız­da toplanmış toxumları səpildikdə 6-12 gündən sonra cü­cə­rir.

Tibbi əhəmiyyəti. Çiçək açan dövrdə yerüstü hissələri toplanaraq qurudulur. Xalq təbabətində qurudulmuş bitkinin çay kimi dəmləməsi qara ciyər xəstəliklərində, sinə ağrılarında, qan­lı bəlğəm və qusma xəstəliyində içi­lir. Sulu cövhərindən ağrıkəsici vasitə kimi və mədə-ba­ğır­saq xəstəliklərinin müalicəsində istifadə olunur.

2. Ağımtıl tərə

Sinonimləri: unnuca, salmanca.

Cavan yarpaq və zoğları yeməklərdə ispanaq və qulançar kimi istifadə edilir. Bəzi ölkələrdə körpə,  təzə yarpaqlarından salat və borş hazırlanmasında yararlıdır. Yarpaqları spanaq kimi istifadə olunur. Unnucadan dovğa, qovurma, buğlama və s. xörəklər hazırlanır. Onu təzə halda yı­ğıb, odunlaşıb bərkiməmiş budaqlardan təmizləyirlər. Qaynar suda 2- 3 dəqiqə pörtlətdikdən sonra süzüb sıxır, yağ-soğanda qı­zardırlar. Sarımsaqlı qatıqla çox ləzzətli yeyilir. Cavan zoğ­la­rın­dan püre, kətə və s. hazırlanır. Yaşıl yarpaqlarından qida ki­mi mart ayından başlamış dekabra qədər istifadə etmək olar. Ca­van zoğlarını qurudaraq qışda istifadə üçün saxlayırlar. Tə­rə­ləri istifadə üçün aprel-may aylarında toplayırlar. Fransa, Al­ma­niya və İngiltərədə tərəvəz və toxum əldə etmək üçün əkilib becərilir.

Tibbi əhəmiyyəti. Çin, Hind və Tibet təbabətində qə­dim­dən istifadə edilirdi. İstifadə orqanları kök və yarpaqlarıdır. Xalq təbabətində işlədici, ağrıkəsici, sidikqovucu, bəl­ğəm­gə­ti­ri­ci vasitə kimi işlədilir.  İflic, vərəm, həzm orqanları xəs­tə­lik­lə­rinin müalicəsində tətbiq olunur. Dəmləmə və cövhəri qar­qa­ra, yaraların yuyulmasında, dəri xəstəliklərində qəbul edilir

3. Dörderkəkcikli ispanaq

Sino­nim­ləri: şomu, somun, çöl ispanağı.

Bitkinin yerüstü hissələrinin tərkibində A, B, C, D, K vitaminləri, selikli maddələr, üzvi turşular və on­la­rın törəmələri, fenol birləşmələri və fitoaleksinlərə rast gəlinir. Bitkinin tərkibində vitamin və zülallarla yanaşı, kal­sium və flor elementlərinin  birləşmələri  də vardır.

Ondan qovurma, sıxma, dovğa, qutab və s. hazırlanır.  Adətən bişirilmiş halda istifadə edilir. Əvəliklərlə birlikdə borş, sup və müxtəlif tərəvəz yeməklərinin hazır­lan­ma­sında istifadə olunur. Qurudulmuş ispanaq tərkibində olan zü­la­lın miqdarına görə ətdən azacıq geri qalır. İspanaq nəinki təzə nal­da, hətta konservləşdirilmiş və dondurulmuş şəkildə də isti­fadə olunur ki, bu zaman tərkibindəki bioloji aktiv maddələr də­yişmir. Aprel-may aylarında, havalar mülayim keçən illərdə mar­tın axırıncı ongünlüyündə də  toplanıla bilir.  

4. Qarağat rəvəndi

Sinonimləri: uşqun, qabalaq.

İstifadəsi. Qədim zamanlardan Ərəbistan və İranda qida və dərman bitkisi kimi istifadə edilirdi. Yoğun çiçək sap­laq­larının qabığı soyularaq çiy halda yeyilir. Cavan zoğları yaz­da əhali tərəfindən yığılaraq bazarlarda satılır.  Zoğlarından sup, sıyıq, kükü, komport, piroq, mürəbbə, marmelad, şirələr və s. hazırlanır. Eyni zamanda zoğları qurudularaq qışda isti­fa­də edilir.

Yerüstü orqanları böyrək xəs­tə­lik­lərində, qadın xəstəliklərində, limfangit və frunkulyoz xəs­tə­liklərində istifadə olunur. Rəvəndı az dozada tətbiq etdikdə bü­zücü, yüksək dozada isə işlədici təsir edir. Başlıca olaraq güclü sakitləşdirici, iltihabsorucu, antiseptik, ödqovucu və möhkəm­lən­dirici təsir göstərir. Orqanizmdə maddələr mübadiləsinin gedişinə müsbət təsir göstərir. Onun kök hissəsində antra və tan­noqlükozid maddələri olduğuna görə ondan cövhər, dəm­lə­mə hazırlayıb, bir sıra bağırsaq, sidik kisəsi və böyrək  xəs­tə­lik­lərini  müalicə edirlər. Kökündən müalicə məqsədləri üçün beş min il bundan əvvəl istifadə olunması haqqında məlu­mat­la­ra Çin tarixi mənbələrində rast gəlinir.   

5. Hündür tuşməzə

Sinonimləri: quzuqulağı.

Turşməzənin yarpaq və zoğları turşməzə olub, təzə halda yeyilir. Yarpaqlarından qədim zamanlardan müx­təlif xörəklərin hazırlanmasında istifadə edilir. Dovğa, şorba, buğlama və s. xörəklərə quzuqulağı əlavə etdikdə çox ləz­zətli olur. Yerli əhali onu yığıb qurudur, qış üçün tədarük edir. İstifadə üçün aprel-iyun aylarında toplanır.

Tibbi əhəmiyyəti. İstifadə orqanı yarpaq və zoğlarıdır. Dişlərin iltihabına və sinqa xəstəliinə qarşı istifadə edilir.

6. Turşəngvari  əvəlik

Sinonimləri: Çöl quzuqulağısı.

Bitkinin yarpaqları və gövdəsindən salat hazırlanır, vitaminli aş  və kətə bişirilir. Cavan zoğları və yar­paq­ları çiy halda yeyilir. Turş dada malikdir. Qurudularaq qış­da xörəklərə əlavə edilir. Təzə halda müxtəlif salatlar hazır­la­nır. Cavan zoğları duza qoyulub qışda istifadə üçün saxlanılır.

Tibbi əhəmiyyəti. Bitkinin yerüstü hissələri şişlərdə, qey­ri spesifik poliartritdə və yarasağaldıcı vasitə kimi istifadə olu­nur. Zoğ və yarpaqlarından hazırlanmış dəmləmələrdən diş qa­naxmalarında, sidik tutulmalarında, bəd xassəli şişlərin müali­cəsində, dizenteriyada, babasil, vərəm və digər  xəs­tə­lik­lə­rin müalicəsində istifadə edilir.

7. Adi əvəlik

Sinonimləri: Ev əvəliyi, iri qoyunqulağı.

Yerli əhali bu bitkiləri çiçəkləməmişdən əv­vəl may - iyun aylarında yığır və saç kimi hörüb, quradaraq qı­şa tədarük edirlər. Yarpaqları tərəvəz kimi istifadə olunur. Qu­ru­dulmuş əvəlikdən qış vaxtı müxtəlif xörəklər hazırlanır: əvəlikli aş, əvəlikli umac, əvəlikli qındı, əvəlikli sıyıq və s. Xö­rək­lər dadlı qida olmaqla yanaşı, müalicəvi əhəmiyyətə  ma­lik­dir.

Bitkinin  yerüstü hissələrindən  qeyri spesifik poliartritdə, infeksion xəstəliklərdə, yaraların sağal­dıl­ma­sında istifadə olunur. Bitkinin yerüstü hissələrindən alınmış şirə ödqovucu xüsusiyyətə malikdir. Yerüstü hissələrindən ha­zır­lanmış dəmləmələr daxili qanaxmalarda, sarğı kimi dəri xəs­tə­liklərində, şişlərin müalicəsində, sidik tutulmalarında iş­lə­di­lir. Yaşıl hissələrinin şirəsindən qızdırma, sinqa, qaşınma, rev­matizm əleyhinə istifadə edilir. Meyvəsindən alınan cövhər büzüşdürücü, qankəsici vasitə kimi işlədilir. 

8. Quş qırxbuğumu

Sinonimləri:qıppığan.

Kimyəvi tərkibi. Bitkinin tərkibi efiryağları, vitaminlərlə zəngindir. Bitkinin yerüstü orqanlarında karbohidratlar, efir yağ­ları, C, E vitamini, karotin, fenol karbon turşuları, kumarin, fla­vonoid və antraxinon vardır. Təkibində bir sıra müalicəvi əhə­miyyətli maddələr: flavonoid qlikozidi, aşı maddələri, suda həll olan silisium turşusu, karotin, şəkər,qatran, zülali bir­ləş­mə­lər və s. vardır.

Dərman məqsədilə yerüstü hissə­sin­dən istifadə olunur. Bitki çiçəkləyən dövrdə toplanıb, havası də­yiş­dirilən binalarda qurudulur. Xalq təbabətində qırxbuğum otun­dan hazırlanmış dəmləmə və cövhərlər mədə-bağırsaq xəs­tə­liklərinin müalicəsində, ağrıkəsici və iltihabgötürücü vasitə ki­mi istifadə edilir. Onun yarpaqlarından çıxıq və sınıqlara, çi­ban tipli yaralara təpitmə qoyulur. Ondan hazırlanmış pre­pa­rat­lar­dan qızdırma, şiş və vərəm xəstəliklərinə qarşı istifadə olu­nur. Elmi təbabətdə qurudulmuş otundan daxili qanaxmalarda qankəsici kimi, ekstraktı isə sidikqovucu dərman kimi işlədilir.

9. Adi quşəppəyi-

Sinonimləri: quşəppəyi, çoban çantası

Kimyəvi tərkibi. Quşəppəyin yarpağında 198 mq% C vi­ta­mini vardır. Eyni zamanda tərkibində A, B2, K, D vita­min­ləri, efir yağları, mikro və makroelementlər vardır.

Dərman məqsədi ilə bitki çiçəkləyən dövrdə yerüstü hissələri toplanıb, açıq havada qurudulur. Elmi təbabətdə qurudulmuş otundan spirtli ekstrakt və dəmləmə hazırlanır ki, o da uşaqlıq qanaxmalarında qankəsici vasitə kimi işlədilir. Quşəppəyindən həmçinin mədə-bağırsaq, böyrək və ağciyər qanaxmalarında istifadə olunur. Onda olan bu xüsusiyyət tərkibindəki K vitamini ilə əlaqədardır. Dəmləməsi başlıca olaraq mədə-bağırsaq traktı, ishal, öd, böyrəkdaşı və maddələr mübadiləsi pozğunluğu xəstəliklərində işlədilir. Quşəppəyi əsasən yaxşı qankəsici kimi də tətbiq edilir.

10. İkievli gicitkan

Sinonimləri: gicitkan.

Kimyəvi tərkibi. Yarpaqlarında vitamin K, C, B2,  karo­ti­noidlər, pantoten turşusu, aşı maddələri, qarışqa turşusu, sterinlər və s. müalicəvi əhəmiyyətli maddələr vardır. Gicit­kə­nin tərkibində dəmir, miss, manqan, bor, titan və digər mik­roele­mentlər, yağ, protein, sellüloza, azotsuz birləşmələr var­dır. Onun yarpaqları vitaminlərlə zəngindir. Bundan əlavə bit­ki­nin tərkibində fenolkarbon turşuları, lektinlər, azotlu bir­ləş­mələr, ali yağ turşuları, flavonoidlər  və digər birləşmələrə rast gəlinir.

Tibbi əhəmiyyəti. Yerüstü hissələrindən hazırlanmış dəm­ləmə və duru ekstrakt elmi təbabətdə qankəsici vasitə kimi ağciyər, babasil, böyrək, bağırsaq və uşaqlıq qanaxmalarında istifadə edilir. Təzə dərilmiş yarpaqlarının şirəsindən, quru­dul­muş yarpaqların dəmlənməsindən skorbut və başqa avitaminoz hipovitaminozlarda polivitaminli xammal kimi istifadə olunur. Yarpaqlarının çayından qanazlığında, ümumi zəiflikdə, ateros­kle­rozda, mədənin həzm prosesinin yaxşılaşdırılmasında, öd­qovucu kimi iltihaba qarşı  işlədilir. Xalq təbabətində quru yarpağın çayı şəkərli diabetdə, eləcə də babasildə qankəsici dərman kimi içilir. Quru yarpaq tozu ağız və burun qanax­ma­larında, tozun kərə yağı ilə hazırlanan məlhəmindən açıq və irinli yaraların, ekzemanın, yanıqların müalicəsində istifadə olunur. Gicitkənin yarpaqlarını böyük at pıtrağının kökləri ilə qarışdırıb, sulu bişirmə hazırlayır və saçların tökülməsinin qarşısı alınır.

11. Qızılı cacıq

Sinonimləri: cacıq, cacıx, ağca.

Kimyəvi tərkibi. Bitkinin tərkibində vitamin C, kuma­rin­lərdən umbelliferon, yüksək alifatik karbohidratlardan tetra­kozan, köklərində 0,05% efir yağı, liqnanlardan kerofillin, ma­kulatin, yerüstü hissələrində 0,087% efir yağı, vitamin C, fla­vo­noidlər və s. maddələr vardır.

12.  Adi qazayağı

Sinonimləri: qazayağı.

Kimyəvi tərkibi. Bitkinin tərkibi tsiklotollarla, efir yağ­ları, vitaminlər, flavonoidlər və kumarinlərlə zəngindir. Tər­kibində poliasetilen birləşmələrindən falkarinon, falkarinol, üzvi turşulardan asetat turşusu, efir yağları, vitamin C, karotin, fenolkarbon turşuları,onun törəmələri və digər maddələr vardır.

Tibbi əhəmiyyəti. Yerüstü hissələrindən hazırlanmış dəm­ləmə və cövhər böyrək xəstəlikləri və soyuqdəymələr za­manı istifadə edilir.

13. Enliyarpaq təkəsaqqalı

Sinonimləri: keçiyemliyi, yemlik.

Tibbi əhəmiyyəti. Bitkinin köklərindən istifadə edilir. Qədimdə kökündən hazırlanan məlhəmlə ilan sancmaları müali­cə olunurmuş. Tərkibində insulin maddəsi olduğundan şə­kər xəstəliyinə qarşı tətbiq edilir. Kök boğazından kəsildikdə sı­xan südəbənzər maddədən alınan saqqız diş diblərinin möh­kəm­ləndirilməsi və qanaxmaların dayandırılmasına müsbət təsir edir.     

14. Zirehli yemlik.

Sinonimləri:topalaq, yemlik.

Kimyəvi tərkibi. Tərkibində kauçuk, flavonoidlərdən ornentin,izoornentin, luteolin, izoviteksin, tsiklitollardan izon­na­zit, karbohidratlardan D-mannit, triterpenoidlər və yüksək ali­fatik spirtlər vardır.

Tibbi əhəmiyyəti. Bitkinin köklərindən istifadə edilir. Qədimdə kökündən hazırlanan məlhəmlə ilan sancmaları müalicə olunurmuş. Tərkibində insulin maddəsi olduğundan şəkər xəstəliyinə qarşı tətbiq edilir. Kök boğazından kəsildikdə sıxan südəbənzər maddədən alınan saqqız diş diblərinin möhkəmləndirilməsi və qanaxmaların dayandırılmasına müsbət təsir edir.

15. Adi dəvədabanı

Sinonimləri: əzmə-büzmə, ögey ana.

Bitkinin istifadə orqanı yarpaq və çiçəkləridir. Tərkibində iltihabsorucu, öskürəkkəsici, büzücü, sidik və tərqovucu maddələr vardır. Dəvədabanı bitkisi kəskin və xroniki yuxarı tənəffüs yolları xəstəliklərinin və qripin müali­cəsində tətbiq edilir. Keyfiyyətli bəlğəmgətirici və öd­qo­vu­cudur. Xalq təbabətində qurudulmuş yarpaqlarını yan­dırıb, tüs­tüsündən quru öskürəyə və asmaya tutulmuş xəstələri in­qal­yasiya edirlər. Təzə dərilmiş yarpaqları, müxtəlif mənşəli yol­xu­cu dəri xəstəliklərinin müalicəsində işlədirlər.

16. Uzunyarpaq yarpız

Sinonimləri: yarpız, nanə.

Kimyəvi tərkibi. Bitkinin tərkibində steroidlərdən β-sitosterin, flavonoidlərdən luteolin, gövdə və yarpaqlarında fenol və törəmələrindən evgenol qlikozod və başqaları vardır.

Tibbi əhəmiyyəti. Dəmləməsi və həlimi ürək-damar xəstəlilərində istifadə olunur. Bitkinin ekstraktı antibakterial, efir yağı antifunqal aktivliyə malikdir.

17. Görkəmli çiriş.

Tibbi əhəmiyyəti. Çiriş tozu bal ilə birlikdə qaynadılır və qatılaşana yaxın götürülür. Sonra ondan xüsusi məlhəm  ha­zır­lanır. Bu  məlhəm çıxıq, sınıq, çiban, dolama tipli yaraların müali­cəsində işlədilir.

18. Pont quşsüdü

Sinonimləri: xıncalaus.

İstifadəsi. Ponti quşsüdü (Xıncalaus). Soğanaqları yar­paq­­larla birgə yağda soğanla birlikdə qızardılır. Eyni zamanda soğanaqlardan tutma qoyulur.

Yuxarıda qeyd edilən bitkilər Naxçıvan MR biomüxtəlifliyində yabanı tərəvəz bitki­lərini tam əks etdirmir. Gələcək təqdiqatlarımızda digər yabanı tərəvəz bitki­lərinin kompleks şəkildə öyrənilməsinə çalışacayıq.

Daşqın Qənbərov

Botanika kafedrasının müdiri, biologiya üzrə elmlər doktoru

                                                                                                                                                       Hilal Qasımov

Botanika kafedrasının dosenti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: