Sədərəyin üzüm bağlarında becərmə işlərinə başlanılıb

A- A A+

Son dövrlər Sədərək  rayonunda üzümçülük ənənələrini bərpa etmək məqsədilə uğurlu addımlar atılır. Günəş şüalarından bol-bol bəhrələnən, torpaq və sudan yetərincə yararlanan üzüm çox qədimdən Sədərək rayonunda  özünə yer seçib. Çünki Naxçıvanın torpaq, iqlim şəraiti burada üzümçülüyün böyük sahələrdə və ilboyu intensiv becərilməsi üçün çox əlverişlidir. Elə bu baxımdan da kənd təsərrüfatının bu mühüm sektoru daim diqqət mərkəzində saxlanılır, onun inkişaf etdirilməsinə yüksək qayğı göstərilir. Sədərəyin kənd təsərrüfatında aparıcı sahələrdən birinə çevrilən üzümçülük iqtisadiyyatın daha da möhkəmləndirilməsində, əhalinin rifah halının yaxşılaşmasında  mühüm rol oynayır. 

Rayonda  süfrə üzümünün əkini sahələri genişləndirilib, yeni üzüm bağları salınıb, üzümçülük təsərrüfatlarına lazım olan əsas və köməkçi materialların istehsalı dəstəklənir, üzümçülüyün infrastruktur təminatı yaxşılaşdırılır.

Yeni üzüm bağlarının salınması, bir neçə il sonra bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin imkanlarını daha da artıracaq. Xatırladaq ki, bu günlərdə  rayonda yeni üzüm bağı salınıb. “Dəhnə” adlanan ərazidə 2 hektar sahədə yeni üzüm tingləri əkilib. Bu bağda xüsusən xəlili, hüseyni, ağ, qırmızı, sarı və qara kişmişlər  kimi dadı damaqdan getməyən üzüm növləri əkilib.

Zəhmətkeş və torpaqsevər insan həm özü, həm də ölkəsi üçün həmişə faydalı işlər görür. Torpaq daimi qayğı görsə, çəkilən zəhmətin əvəzini birə-beş qaytarar. Onun da sevgisi verdiyi bardır...                                                         

                                                                 “Oğuz yurdu”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: