Naxçıvanda “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılıb - FOTOLAR

A- A A+

Nuhçıxan İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılıb. 2 hektara yaxın ərazidə tikiləcək xidmətdə hal hazırda qazıntı işləri görülür. Qeyd edək ki, “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə ölkə başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8.8 milyon manat vəsait ayrılıb. Bu da işlərin sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə imkan verəcək.

Naxçıvan şəhərinində inşa edilən Gənclər Yaşayış Kompleksində də tikinti işləri davam etdirilir. Hazırda  kompleksdə  dəmir-beton və hörgü-suvaq işləri görülür.

İnşa edilən Gənclər Yaşayış Kompleksindəki binalardan ikisi 7, dördü isə 5 mərtəbəlidir.

Həmçinin tikinti işləri  Naxçıvan şəhərinin Babək məhəlləsindəki 15 nömrəli çoxmərtəbəli yaşayış binasını da əhatə edir.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: