Muxtar respublikada dövlət qulluğuna dair qanunvericiliyin tələbləri diqqət mərkəzindədir

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2020-ci ilin birinci rübü ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edib, 4 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 7 qərarını ləğv edib.

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, hesabat dövründə dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsində 213 namizəd iştirak edib və 80 nəfər uğur qazanıb, onlardan 62-i müvafiq vəzifələrə təyin olunublar.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün esse imtahanı keçirilib, 2 nəfər uğur qazanıb.

Həmçinin dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün test imtahanları keçirilib. Müsabiqəyə 229 vakant vəzifə çıxarılıb, 130 vəzifənin tutulması üçün 283 nəfər sənəd təqdim edib. Test imtahanlarında 266 namizəd iştirak edib, 131 nəfər müvafiq keçid balını toplayıb. Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan olunan müsabiqənin müsahibə mərhələsi 21 yanvar 2020-ci il tarixində keçirilib. Müsahibə mərhələsində 12 nəfərdən 8-i  keçid balını toplayaraq müvafiq vəzifələrə təyin olunublar.

Prokurorluq orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanı keçirilib. Test imtahanında 27 namizəd iştirak edib, onlardan 19-u müvafiq keçid balını toplayıb.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin sənəd qəbulu aparılıb. Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqənin sənəd qəbulu davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: