Naxçıvanda yeni nasos stansiyaları tikilir - VİDEO
Torpaqların su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafına, ən əsası isə əkinçilikdə yüksək məhsuldarlığın əldə olunmasına imkan verir. Həyata keçirilən tədbirlərin davamı kimi, muxtar respublikada yeni nasos stansiyaları tikiləcək, təzyiqli boru xətləri çəkiləcək.
Nasos stansiyalarının layihəsinə əsasən Araz su anbarının yaxınlığında eni 8, uzunluğu 100 metr olan körpü tikiləcək və körpünün üzərində biri ehtiyat olmaqla 2 nasos quraşdırılacaq.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Turab Hacızadə