Muxtar respublikada yaşıllıqların artırılması diqqətdə saxlanılır - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Duzdağ Fizioterapiya Mərkəzi”nin yol kənarlarında 500-dən çox həmişəyaşıl ağac əkilib.
Qeyd edək ki, yaşıllaşdırma tədbirləri çərçivəsində regionumuzun dağlıq, dağətəyi sahələrində toxumla bərpa işləri, eyni zamanda magistral yolların kənarlarında və meyvə bağlarında hər il minlərlə tinglə əkinlər həyata keçirilir. Bütün bu sahədə görülən işlərdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və nazirliyin tabeliyində olan idarələrin əməkdaşları xüsusilə fəallıq göstərirlər. Aparılan yaşıllaşdırma işləri bundan sonra da davam etdiriləcək.
Ərhan Novruzov