COVID-19 pandemiyası dövründə işsiz kimi qeydiyyatda olanlara birdəfəlik ödəmənin verilməsi şərtləri təsdiq edilib
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarını imzalayıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Nazirlər Kabinetindən məlumat verilib. Qərara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə veriləcək. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, həmçinin “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilib.