Muxtar respublikada pensiyaların maliyyələşdirilməsi başa çatıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu hər ay olduğu kimi aprel ayında da əhaliyə əmək pensiyaların ödənişinin maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Fondun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, pensiyaçılar pensiyalarını plastik bank kartları vasitəsilə ən yaxındakı bankomatlardan və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq poçt bölmələrindən ala bilərlər.

Qeyd edək ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq işlər görülür.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: