ÜST koronavirus pandemiyasına qarşı tədbirlərin yumşaldılmasına dair xəbərdarlıq edib

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu koronavirus pandemiyasına qarşı tədbirlərin vaxtından əvvəl yumşaltmamağa çağırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa bürosunun rəhbəri Hans Kluqe onlayn brifinqdə hazırkı mərhələdə sərt tədbirlərin mülayimləşdirilməsini düzgün addım hesab etməyib. O, bildirib ki, virusun təbiəti haqqında məlumatların artması və bəzi ölkələrdə infeksiyanın yayılmasının nəzarət altına alınması hələ virus üzərində qələbə anlamına gələ bilməz. Müsbət irəliləyişlər tədbirləri yumşaltmağa deyil, virusa qarşı mübarizəni daha yaxşı davam etdirməyə xidmət etməlidir.

ÜST rəsmisi bildirib ki, koronavirus pandemiyasına qarşı mübarizə marafonunda qarşıda qət ediləsi uzun məsafə var. Qeyd edilib ki, heç bir dövlət təkbaşına virus üzərində qələbə çala bilməyəcək və buna görə də bu böhrana qarşı mübarizə tədbirləri beynəlxalq səviyyədə koordinasiya edilməlidir.

Xatırladaq ki, Avstriya, Danimarka və Çexiya kimi ölkələr müsbət inkişafı nəzərə alaraq bəzi sahələrdəki məhdudiyyətləri aradan qaldıracaqlarını elan ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: