Şahbuz şəhərində yeni yaşıllıq sahəsi salınıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yaşıllaşdırma tədbirləri Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyin əməkdaşları tərəfindən aparılıb. Sahə isə təmizləyici qurğuların ətrafındakı  terras ərazilər  seçilib. Bura tut və həmişəyaşıl ağacların tingləri əkilib. Ərazidə suvarma tədbirləri də görülüb, su xətti çəkilib.

Qeyd edək ki, yeni yaşıllıq sahəsinin salınması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təmizləyici qurğular sistemlərinin ətrafında yaşıllıq sahələrinin genişləndirilməsi barədə verdiyi tapşırığa uyğun olaraq  aparılır. Bundan əvvəl də təmizləyici qurğular sisteminin ətrafında toxum və tinglə yaşıllaşdırma tədbirləri  görülüb.

                           Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: