Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilib.

Yarışda artilleriya divizionlarının şəxsi heyəti bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək birinci olmaq üçün bilik və bacarıqlarını nümayiş etdirib.

Təlim-döyüş tapşırığını icra edən artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin icra səviyyəsi yoxlanılıb.

Yarışın şərtlərinə uyğun olaraq təlim-atəş tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirən “N” saylı birləşmənin haubitsalı artilleriya divizionu ən yaxşı divizion adına layiq görülüb.

 

Nəriman Nəcəfov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: