Ekspertlər Naxçıvanla yaxından tanış olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə “Yaşıl şəhərlər” üzrə İSESKO Strategiyasının həyata keçirilməsi ilə bağlı muxtar respublikada olan ekspertlər qədim diyarın mədəniyyət ocaqları ilə tanış olublar.

Naxçıvan Biznes Mərkəzində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması ilə bağlı ayrılan stendə maraqla baxıblar. Qonaqlar sənətkarların hazırladlıqları əl işləri, hədiyəlik məhsullardan alıblar.

Sonra ekspertlər Yusif Küseyr oğlu türbəsi ilə tanış olublar. Məlumat verilib ki, 1162-ci ildə Əcəmi Naxçıvani tərəfindən inşa edilən türbə Naxçıvandakı İslam mədəniyyəti abidələrinin ən qədimidir. Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatan yeganə abidədir.

Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da qonaqlarda böyük maraq doğurub. Müalicə ocağında temperaturun sabitliyi, rütubətlik səviyyəsinin normalığı ziyartəçiləri heyran edib. Məlumat verilib ki, müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzdə dünyanın bir çox ölkələrindən hazırda 400-ə yaxın xəstə müalicə olunur.

Orta əsrlər Azərbaycan intibahının yadigarı olan 1186-cı ildə tikilən Möminə Xatın türbəsi ilə tanışlıq zamanı qeyd olunub ki, Əcəmi memarlıq məktəbinin şah əsəri nəinki Azərbaycan, bütövlükdə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrindəndir. Qonaqlar abidənin yanında xatirə fotoşəkilləri  çəkiblər.

Röyal Kərimov

 
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: