Şahbuzda yeni üzüm bağı salınıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun Sələsüz kəndində 2 hektar sahədə yeni üzüm bağı salınıb.
Kənd ərazisindəki yamaclarda salınan bağda əkin aparılmazdan əvvəl aqrotexniki tədbirlər görülüb. Ərazi təmizlənərək yararlı hala gətirilib. Əkin zamanı yerli üzüm sortlarından olan ağ və qara kişmişi, xəlili, qara şanı və digər sortlardan istifadə olunub. Əkində üzvi gübrələrdən də istifadə olunaraq əraziyə 3 minə yaxın üzüm tənəyi basdırılıb.
Qeyd edək ki, son dövrlərdə Şahbuz rayonunun ərazisində 12 hektara yaxın sahədə yeni üzüm bağı salınıb. Həmin bağlarda da aqrotexniki tədbirlər aparılıb quruyan tənəklərin yerinə yeniləri əkilib .
Novruz Məmmədov