Daxili İşlər Nazirliyi növbəti dəfə muxtar respublika sakinlərinə müraciət edib

A- A A+

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi növbəti dəfə muxtar respublika sakinlərinə müraciət edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, müraciətdə deyilir: 

Hörmətli naxçıvanlılar ! - Sağlam gələcək naminə özünüzün və doğmalarınızın evdə qalmalarını təmin edin.
- Kütləvi tədbirlərin (qonaqlıqların, ad günü tədbirlərinin, nişan mərasimlərinin və s.) təşkilindən və ya bu cür tədbirlərdə iştirak etməkdən yayının.

- Səyahət etməkdən çəkinin.

- Mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyin.

- Zərurət olmadıqca şəxsi avtomobilinizdən istifadə etməyin.

- Sosial şəbəkələrdə yanlış məlumatların yayılmasına şərait yaratmayın, yalnız rəsmi məlumatlara əsaslanın.

- Karantin rejimi ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə sözsüz əməl edin.

- Xidmətdə olan polis əməkdaşlarının vəzifələrinin icrasına köməklik göstərin.

- Unutmayın ki, karantin qaydalarına riayət etməklə özünüzün və doğmalarınızın həyat və sağlamlıqlarını qoruyursunuz.

Yadda saxlayın: Karantin qaydalarının pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən inzibati məsuliyyətə səbəb olur.

Biz sizin üçün xidmətdəyik, Siz də bizim üçün evdə qalın !

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: