NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təqdim edilən avadanlıqlardan bəziləri Naxçıvanda yığılıb. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə məlumat verilib. Qeyd olunub ki, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Zavodunda yığılan 10 ədəd kompleks rabitə stansiyası İP texnologiyalarına əsaslanır və müasir avadanlıqlarla təmin olunub. Avtomobil və qoşqu üzərində yığılan kompleks rabitə stansiyasının rabitə məsafəsi 100 kilometrdir. Stansiya idarəetmə məntəqələri arasında və daxilində rəqəmsal kanallarla audio, video, şəkil, data, anoloq, İP telefon və radio məlumatların mübadiləsini məxfilik qorunmaqla təmin edir.