Ermənistan tərəfi Türkiyə-Çin münasibətlərinə zərər gətirmək məqsədilə təxribat törədib

A- A A+

Çin Xalq Respublikasından (ÇXR) yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə üçün Ermənistana göndərilən humanitar yardıma aid yüklər tədarük ediləndə onların üstündə yalnız çin dilində yazılar olub və Ağrı dağından bəhs edilməyib.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu ifadələr diplomatik orqanın açıqlamasında yer alıb. Bildirilir ki, mövzu ilə bağlı ÇXR-nin Ankaradakı səfirindən izahat istənilib.

Yardım məhsullarının Çinin regionla rəhbərliklərindən biri tərəfindən tədarük edildiyini və bir özəl şirkət tərəfindən Yerevana çatdırıldığını bildirən səfir qeyd edib ki, Ağrı dağına aid işarələr ingilis dilində sonradan yüklərin üstünə əlavə olunub.

Çinin diplomatik nümayəndəliyin rəhbəri ifadə edib ki, məsələ səfirlik tərəfindən araşdırılır və bu barədə nazirliyə əlavə məlumat veriləcək. Səfir ifadə edib ki, ÇXR Türkiyənin suverenliyinə və ərazi bütövlüyünə sayğı ilə yanaşır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: