Ali Məclisin Sədri Şərurda yeni sosial obyektlərin açılışını edib - VİDEO
Aprelin 12-də Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqları, "Çomaxtur" elektrik yarımstansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sosial obyektlərin açılışını edib.
Naxçıvan televiziyasının əməkdaşları Şərur şəhərindəki Mərasim evinin və dini icma üçün iş otaqlarının, həmçinin "Çomaxtur" elektrik yarımstansiyasının görüntülərini əks etdirən videoçarx hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videoçarxı təqdim edir: