Dünyanın müxtəlif ölkələrində koronavirusa qarşı vaksinin tapılması istiqamətində ümumilikdə 70 layihə üzərində iş aparılır.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.
Bildirilib ki, vaksin tapılması yönündə aparılan 70 işdən 3-ü ümidvericidir. Belə ki, Pekin Texnologiya İnstitutu və Honkonqun “CanSino Biologics” şirkətinin üzərində ortaq işlədiyi 1 iş test mərhələsinin 2-ci, ABŞ-ın “Moderna” və “Inovio Pharmaceuticals” şirkətlərinin 2 işi isə 1-ci fazaya keçib.
Məlumata görə, koronavirusa qarşı vaksinin hazırlanması 2021-ci ilədək çəkə bilər.