Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara ərzaq payı verilib - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikada sosial qayğıya ehtiyacı olanlar – tənha ahıllar, aztəminatlı və çoxuşaqlı ailələr müəyyənləşdirilərək onlara ərzaq paylarının verilməsinə başlanılıb.
Aprelin 13-də Naxçıvan şəhərində 50 tənha ahıla və aztəminatlı ailəyə ərzaq payları verilib.
Bu tədbirlər muxtar respublikanın rayonlarında da davam etdiriləcəkdir.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının bununla bağlı hazırladıqları videomaterialı təqdim edir:
Nurlan Sadiqov