Ağbulaq Xizək Mərkəzinin ətrafında yaşıllaşdırma tədbirləri aparılır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ağbulaq Xizək Mərkəzi  ətrafındakı dağ yamaclarında əkin işləri aparıb.

Əkində Ağbulaq kəndinin təbiətinə xas olan həmərsin, badamça, yemişan və yabanı alça, həmişəyaşıl ağac tingləri və toxumları  əkilib.

Qeyd edək ki, bundan əvvəl də Ağbulaq kəndində 70 hektar sahədə toxumla  bərpa və 10 hektar sahədə tinglə əkin işləri aparılıb.                                

                                 

                                  Novruz Məmmədov

 

 

 

 

    

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: