Naxçıvanın mineral xammalı əsasında praktiki əhəmiyyətli seolitlər sintez olunub

A- A A+

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində “Naxçıvanın mineral xammalından səmərəli istifadə və onun praktiki əhəmiyyəti: Qeyri-üzvi birləşmələrin alınması” adlı tədqiqat işi yekunlaşıb.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, tədqiqat işini Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın rəhbərliyi ilə Naxçıvan şəhəri 8, 11, 12 nömrəli tam orta məktəbin şagirdləri Nurgün Allahverdiyeva, Ləman Rzalı və Fatma Hacıyeva yerinə yetiriblər.

Naxçıvan Muxtar Respublikasının mineral xammalı əsasında geniş praktiki əhəmiyyətə malik seolitlər almaq məqsədini qarşıya qoyan araşdırmalarda praktiki əhəmiyyətli seolitlər sintez olunub. Bu seolitlər xalq təsərrüfatının bütün sahələrində - yeyinti sənayesi, tikinti materiallarının istehsalı, tibb, kimya, neft kimyası və s. geniş tətbiq edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: