“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika müsabiqəsi elan edilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər Fondu və Rəssamlar Birliyi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi elan edilir.

Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd gənclər arasında ailə dəyərlərini təbliğ etmək, gənclərin ideya və təxəyyülündə Azərbaycan ailəsinin canlandırmaq və ailədaxili münasibətləri möhkəmləndirməkdir.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazı mətnləri 5-7 səhifə həcmində, A4 formatında, Times New Roman şriftində (14), rəsm əsərləri A4 (21x30sm) və daha böyük ölçülərdə olmalıdır. Eyni zamanda, müsabiqəyə təqdim edilən dekorativ tətbiqi sənət və rəsm əsərləri müxtəlif formalarda, rəngkarlığın və qrafikanın müxtəlif texnikalarında istənilən material üzərində işlənə bilər.

Müsabiqəyə təqdim edilmiş yazı mətni, dekorativ tətbiqi sənət və rəsm əsərlərinin qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər Fondu və Rəssamlar Birliyi tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər yazı mətnini, dekorativ tətbiqi sənət və ya rəsm əsərini müvafiq anket ilə birlikdə 2020-ci il may ayının 11-dək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 42, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.

Əlaqələndirici şəxs: Tarverdi Məmmədov, tel: (036) 545-39-75.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: