Naxçıvanda işğaldan azad edilən ərazilər minalardan təmizlənir - VİDEO
Artıq Sədərəkdə əkin işləri başlayıb
2018-ci ildə uğurlu hərbi əməliyyatlar nəticəsində ordumuzun nəzarətinə keçən ərazilər minalardan təmizlənərək istifadəyə hazır vəziyyətə gətirilir. Günnüt qələbəsi ilə 11 min hektardan artıq ərazini işğaldan azad edən Əlahiddə Ümumqoşun Ordu Sədərək istiqamətində də müdafiəni uğurla təşkil edir. Ərazilərin etibarlı qorunması, minalardan təmizlənməsi əhalinin də rahat yaşayışına və lazımi təsərrüfat işlərini yerinə yetirməsinə stimul verir. Sədərək rayonunun 90-cı illərdə Ermənistanın işğlına məruz qalan Şərab zavodu və onun ətrafındakı 73 hektar ərazisində də qarğıdalı əkinləri başlayıb. Əraziyə yeni yol, elektrik və suvarma xətləri də çəkilib.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşı Nicat Quliyevin Sədərəkdən xüsusi reportajını təqdim edir: