Muxtar respublikanın gömrük orqanları tərəfindən saxlanılmış mallar Hərbi liseyə təhvil verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gömrük orqanları tərəfindən saxlanılmış ümumi çəkisi 3289 kq olan müxtəlif ərzaq məhsulları aktlaşdırılaraq Heydər Əliyev adına Hərbi Liseyə təhvil verilib. Bu münasibətlə keçirilən tədbirdə vurğulanıb ki, bu gün Azərbaycan ordusu, o cümlədən hərbi təhsil müəssisələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ulu Öndərimizin adını daşıyan hərbi liseydə kursantların ən müasir tələblər səviyyəsində təhsil alması, onların sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər ən yüksək səviyyədə görülübdür. Gömrük orqanları tərəfindən saxlanılmış malların kursantlara təqdim olunması xalq-ordu birliyinin daha bir ifadəsidir.
Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Hərbi Liseyə təhvil verilən mallar 754 kq düyü, 442 kq qənd, 416 kq qarabaşaq, 304 kq xurma, 234 kq lobya dənəsi, 234 kq noxud, 234 kq yaşıl noxud, 234 kq məkə, 234 kq mərcimək, 117 kq çay, 80 kq fısdıq, 6 kq ədviyyatdan ibarət olub.
Hərbi liseyin zabiti Hikmət Hacıyev və kursantlardan Tapdıq Abbasov və Əhməd Həsənov göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq edib, bu cür tədbirlərin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını vurğulayıblar.
Rahil Tahirli
Komitənin mətbuat xidməti