Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi monitorinqləri davam etdirir  

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən torpaqlardan qanunsuz istifadə ilə bağlı monitorinqlər davam etdirilir.

İyun ayı ərzində Şərur rayonu ərazisində aparılmış yoxlamalar zamanı rayonun Yengicə, Dizə və Stansiya Daşarx kəndlərində torpaqlardan qanunsuz istifadə ilə bağlı  4 fakt qeydə alınıb. Bunlardan 3-ü Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq aradan qaldırılıb.Özbaşına tutulmuş torpaq sahələri isə  zəbtdən azad edilərək bələdiyyə mülkiyyətinə qaytarılıb.

Stansiya Daşarx kəndində isə bir vətəndaş tərəfindən həyətyanı torpaq sahəsindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi faktı aşkar edilib. Belə ki, həmin şəxs həyətyanı torpaq sahəsində qanunsuz fəaliyyət göstərən pirket istehsal müəssisəsi açıb. Bununla bağlı  inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilərək, cərimə tətbiq olunub.

Komitənin mütəxəssislərindən ibarət reyd qrupu tərəfindən mütəmadi olaraq yerlərdə monitorinqlər davam etdirilir. Aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.  Hazırki monitorinqlər  Ordubad rayonunda aparılır.

Bu tədbirlər  torpaqların istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında əsasnaməyə uyğun olaraq həyata keçirilir.

 Gülməmməd Əliyev

.
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: