Muxtar respublikada istifadəçilərin dayanıqlı və keyfiyyətli internet xidmətləri ilə təmin olunması diqqətdə saxlanılır

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada əhaliyə keyfiyyətli rabitə və internet  xidmətlərinin göstərilməsi diqqət mərkəzində saxlanılır. Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində ay ərzində abonentlərə yeni telefon xəttlərinin, habelə “Evədək optika” layihəsi çərçivəsində mənzillərə fiber optik kabel xəttlərinin və  GPON avadanlığının  quraşdırılması davam etdirilir. Yeni inşa olunan kənd xidmət mərkəzlərinə, təhsil müəssisələrinə və digər qurumlara fiber-optik xətlərin çəkilişi də həyata keçirilir.

Nazirliyin mətbaut xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikada əhaliyə göstərilən internet xidmətlərinin tariflərində 2020-ci ilin martın 1-dən etibarən  sürətdən  asılı  olaraq ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) və GPON (Giqabit Passiv Optik Şəbəkə) internet tariflərində endirim edilməsi əvvəlki illə müqayisədə sürətdən  asılı  olaraq  qiymətlərdə  25-50 faiz aralığında  ucuzlaşmaya səbəb olub.

Bunlarla yanaşı, ölkə ərazisində tətbiq olunan  sosial izolyasiya tədbirlərinə uyğun olaraq genişzolaqlı internet istifadəçilərinin sayının artması nəzərə alınıb, istifadəçilərin dayanıqlı və keyfiyyətli internet xidmətləri ilə təmin olunması üçün zəruri tədbirlər görülüb. Belə ki, muxtar respublikada internetin sürəti artırılıb,  həmçinin www.nakhinternet.az internet portalı vasitəsilə ADSL və GPON abunəçilərinin balansının onlayn artırılması, habelə Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalı (www.e-hokumet.nmr.az) üzərindən rabitə və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə öyrənilməsi və “Naxçıvanbank”ın ödəmə terminallarında rabitə və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə ödənilməsi üçün imkanlar artırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: