“Naxçıvanpoçt”un internet səhifəsi yenilənib

A- A A+

“Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən müasir üslubda hazırlanaraq istifadəyə verilən  saytda əsas məqsəd “Naxçıvanpoçt” tərəfindən göstərilən xidmətlərin, habelə onun fəaliyyətinin ayrı-ayrı istiqamətləri  üzrə istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır.

 Nuhçıxan İnformasiya Agentliyinin  məlumatına görə, yenilənmiş sayt (www.naxcivanpoct.az) həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilərək yeni informasiyalarla zənginləşdirilmiş, istifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunmuş, funksionallığı artırılmış və sayta yeni modullar əlavə edilmişdir.

Portal ümumilikdə 5 bölmə və 8 altbölmədən ibarətdir. Əsas səhifədə “Naxçıvanpoçt” publik hüquqi şəxsinin patentli loqosu, foto materiallarından ibarət slayd, keçirilən tədbirlərə dair materiallar, həmçinin Naxçıvanın görüntülərini əks etdirən foto qalereya və faydalı linklər üçün bannerlər yerləşdirilmişdir. Əsas səhifədə həmçinin istifadəçilərin rahatlığının təmin olunması məqsədilə “Naxçıvanpoçt” publik hüquqi şəxsinin ünvanı, əlaqə telefonları və elektron poçt ünvanı yerləşdirilmişdir.

 “Naxçıvanpoçt” publik hüquqi şəxsi tərəfindən itirilmiş  əşyaların qəbulu və təhvili xidməti də fəaliyyət göstərir. Bu xidmətlə vətəndaşlar hər hansı bir yerdə kimə məxsus olduğunu bilmədikləri, itmiş hesab olunan əşyalar tapdıqda muxtar respublikada fəaliyyət göstərən ən yaxın poçt bölməsinə təhvil verə bilərlər. Buraya “Naxçıvanpoçt” publik hüquqi şəxsi və rayon filialları, eyni zamanda kəndlərdəki poçt bölmələri də daxildir. “İtirilmiş əşyaların sahibinə çatdırılması xidməti” üçün internet say­tında xüsusi bölmə yaradılmışdır. Bunlarla yanaşı, elektrik enerjisi, mavi yanacaq, sudan istifadə haqları və internet ödənişlərinin  bu portal üzərindən onlayn aparılması da mümkündür.

Saytın istifadəyə verilməsi muxtar respublikada poçt rabitəsi xidmətinin səviyyəsinin yüksəldilməsinə, muxtar respublika sakinlərinin nümunəvi poçt rabitəsi xidmətləri ilə təmin olunmasına öz töhfəsini verəcəkdir.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: