Naxçıvan televiziyasının Sədərəkdən hazırladığı xüsusi reportaj ölkə mediasında geniş paylaşılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan televiziyasının əməkdaşı Nicat Quliyevin dünən Sədərəkdən hazırladığı  xüsusi reportaja  ölkə mətbuatında geniş yer ayrılıb.

Belə ki, ölkənin bir sıra xəbər portallarında, agentlik və informasiya saytlarında bu reportaja xüsusi yer verilib.  Azertag.az, ikisahil.az, report.az, azvision.az, ordu.az, azinforum.az, deyerler.org, rublika.az, kaspi.az, qaziler.az, bizimxeber.az, yenisabah.az, 525.az, pia.az, diaspor.info, naxcivanxeberleri.com, şerqqapisi.az, baku.ws, palitranews.az, moderator.az, bax.tv, qaynarinfo.az, open.az, strateq.az və onn.az –da “Naxçıvanda işğaldan azad edilən ərazilər minalardan təmizlənir və əkin dövriyyəsinə qatılır” başlıqlı paylaşımlar edilib.

Xəbərlərdə qeyd olunur ki, 2018-ci ildə uğurlu hərbi əməliyyatlar nəticəsində ordumuzun nəzarətinə keçən ərazilər minalardan təmizlənərək istifadəyə hazır vəziyyətə gətirilir. Günnüt qələbəsi ilə 11 min hektardan artıq ərazini işğaldan azad edən Əlahiddə Ümumqoşun Ordu Sədərək istiqamətində də müdafiəni uğurla təşkil edir. Ərazilərin etibarlı qorunması, minalardan təmizlənməsi əhalinin də rahat yaşayışına və lazımi  təsərrüfat işlərini yerinə yetirməsinə stimul verir. Sədərək rayonunun 90-cı illərdə Ermənistanın işğlına məruz qalan Şərab zavodu və onun ətrafındakı 73 hektar ərazisində də qarğıdalı əkinləri başlayıb. Əraziyə yeni yol,  elektrik və suvarma xətləri də çəkilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: