Artıq qarğıdalı mövsümü başlayıb. Bu isə o deməkdir ki, yayın ləzzətini doya-doya yaşayacağıq.
Bu həm də o deməkdir ki, dəniz kənarında, evlərdə qarğıdalı bişəcək. Kifayət qədər kalorili və faydalı bitki olan qarğıdalının saçağı da ən az özü qədər faydalıdır.
NUHÇIXAN xəbər verir ki, min bir dərdin dərmanı olan qarğıdalı çayının sonsuz faydaları var: Sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiyası kimi xəstəliklərin müalicəsində istifadə edilir. Qarğıdalı saçağı çayı bu xəstəliklərə qarşı istifadə edildikdə boymadərən ilə birlikdə hazırlayın.
- Qarğıdalı saçağı çayı bədənə qüvvət verir.
- Qırxaçar çayı kimi yel ağrılarına yaxşı təsir edir.
- Qan şəkərini tarazlaşdıran qarğıdalı saçağı çayı pəhrizdə ikən arıqlamağa yardım edir.
- Sidik qovucu xüsusiyyətə malik qarğıdalı saçağı çayı böyrək daşının əmələ gəlməsinin qarşısını alır.
Qarğıdalı saçağı çayı necə dəmlənir?
Qarğıdalı saçağı çayı hazırlamaq üçün öncə seçilən qotazları xırda doğrayın və qaynayan suyun içinə atın. Çayı hazırladıqda qotazları su ilə birlikdə qaynatmayın. Suyun içinə atılan qarğıdalı saçaqları 10 -15 dəqiqə qapağı örtülü dəmlənir və süzülüb içilir. Çay üçün istifadə edilən ölçü: 1 stəkan suya xırda doğranmış 2 çay qaşığı saçaq
Eyni zamanda qarğıdalı saçağı çayının arıqlatmaq xüsusiyyəti var. Bunun üçün gilas saplağını qarğıdalı saçağı ilə birlikdə qaynadın.