Marşal Jukovun Hitlerin intiharı barədə məxfi məktubu dərc olunub - FOTOLAR
Rusiya Hərbi-Tarixi Cəmiyyəti (RHTC) marşal Georgi Jukovun SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Stalinə 1945-ci ildə yazdığı məxfi məktubunu dərc edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1945-ci il mayın 3-də Stalinə yazdığı məktubunda marşal Jukov Üçüncü Reyxin füreri Adolf Hitlerin və təbliğat reyxsnaziri Yozef Gebbelsin intihar etməsi barədə məlumat verib. Məktubda deyilir ki, sovet əks-kəşfiyyatçıları Reyxstaqın ərazisində Gebbelsin şəxsi aşpazı Vilgelm Langeni və Gebbelsin qarajının rəisi Şnayderi həbs ediblər. Əsirlər Hitlerin aprelin 30-da, Gebbels və arvadının isə mayın 1-də Reyxstaqın yeraltı sığınacağında intihar etdiklərini bildiriblər. Məktubda deyilir ki, Gebbelsin və arvadının meyitləri aşkar edildikdən sonra əsir götürülmüş alman zabitlərinə göstərilib və onlar intihar etmiş insanların şəxsiyyətini təsdiq ediblər.
Məktub Qızıl Ordunun Berlin strateji hücum əməliyyatının başlanmasının 75-ci ildönümü münasibətilə dərc etdiyi unikal sənədlərdəndir.