Naxçıvanda “İbrahim Safi albom-kataloqu” nəşr edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, albom-kataloq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr tarixli Sərənəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən nəşr olunub. Nəşrə görkəmli rəssamın bir-birindən dəyərli yüzlərlə rəsm əsəri daxil edilib. Xatırladaq ki, İbrahim Safi Türkiyə tarixində ən çox rəsm çəkən rəssam kimi də tanınır.

Qeyd edək ki, İbrahim Səfiyev 1898-ci ildə Şərur rayonunda anadan olub, ilk təhsilini Cəlilkənd məktəbində alıb, sonra İrəvan Müəllimlər Seminariyasında oxuyubdur. İki il Moskvadakı Rəssamlıq Akademiyasında təhsil alan İbrahim Səfiyev 1917-ci ildə Naxçıvana qayıdıb, burada rəssamlıqla məşğul olubdur. O, sonra Türkiyəyə getmiş, 1923-cü ildə İstanbulda İncəsənət Akademiyasını bitiribdir. Həyatını sənətə bağlayan görkəmli rəssam ömrünün sonuna kimi Türkiyədə yaşayıb.

İbrahim Səfiyev kiçik yaşlarından rəsmə həvəs göstərib, 12 yaşında “Araz balıqçıları” adlı ilk rəsm əsərini yaradıb, İbrahim Səfiyev yaradıcılığında realizmə üstünlük verib, dünya incəsənətinin mütərəqqi ənənələrini davam etdirib, boyakarlığın müxtəlif janrlarında ciddi yaradıcılıq uğurlarından xəbər verən sənət əsərləri yaradıb.

Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi İbrahim Səfiyevin adı əbədiləşdirilib, Türkiyə Respublikasının İstanbul şəhərindəki İstiqlal prospektində onun yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulubdur.
İbrahim Səfiyevin Azərbaycan və Türkiyədə rəssamlıq sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq, 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib, yubileyi Naxçıvan Muxtar Respublikasında qeyd olunubdur

2018-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda görkəm­li rəssam İbrahim Səfiyevin əsərlərindən ibarət sərgi açılıbdır.


 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: