İlin əvvəlindən ölkə əhalisinin sayı 12 min 192 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il mart ayının 1-i vəziyyətinə 10 milyon 79 min 300 nəfərə çatıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda, həmçinin bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.