Baş Nazir təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin mayın 2-dək dayandırılması barədə qərar imzalayıb
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov bununla bağlı aprelin 18-də “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” Qərar imzalayıb.
Qərarda bildirilir ki, Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.