İlin ilk iki ayı ərzində Azərbaycanda 22 min 321 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 13,7 təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, körpələrin 584-ü əkiz, 12-si isə üçəmdir.
Yanvar-fevral aylarında, həmçinin ölkədə 10 min 216 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,4-dən 6,3-ə enib.