MDB ölkələri koronavirusa qarşı mübarizə tədbirlərini birbaşa yayımda müzakirə edəcəklər

A- A A+

MDB ölkələrinin yoluxucu xəstəliklərə qarşı mübarizəyə məsul olan səlahiyyətli orqanlarının qarşılıqlı fəliyyətinin dərinləşməsinə yönəldilmiş bir sıra sənədlərin layihələri üzərində iş gücləndirilir. NUHÇIXAN İnformasiya Agentliyi MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, MDB ölkələri ərazilərinin xüsusi təhlükəli yoluxucu xəstəliklərin gətirilməsindən və yayılmasından sanitariya mühafizəsi problemlərinə dair Əlaqələndirmə Şurasının növbəti iclası bu gün videokonfrans formatında keçiriləcək.

Bütün dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar kəskin vəziyyət davam edir. Hazırda Yer kürəsinin, demək olar, bütün guşələrində, bütün qitələrdə bu infeksiya müşahidə olunur. Yaranmış şəraitdə bütün dövlətlərin ən vacib vəzifələri vətəndaşların sağlamlığını qorumaq, pandemiyanın nəticələrini minimuma endirmək, bəşəriyyəti təhdid edən yeni miqyaslı təhlükəyə birgə müqavimət göstərmək üçün təsirli dövlətlərarası qarşılıqlı fəaliyyət mexanizmi qurmaqdır. Hazırda dünyada koronavirusa yoluxmuş 2 milyon 482 min 577 xəstə qeydə alınıb, 170 min 484 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: