Günnütə gün doğdu

Lələtəpədə çalınan zəfər zənginin səsi Günnüt dağlarında əks səda verdi...

A- A A+

İsa Peyğəmbərin həyatından bəhs edən tarixi əsərlərinə görə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş İsveç yazıçısı PerLagerkvist “Varavva” əsərində belə bir epizodu təsvir edir: Fikrindən daşınmaq, peyğəmbər olmadığını etiraf edib İudeyanı tərk etmək üçün İsaya göndərilən bütün vasitələr nəticəsiz qaldıqda edamdan bir gün qabaq onun yanına-zindana Akop adlı bir erməni tacir salırlar. Akopun əqidəsizliyi, şərəfsizliyi, öz mənafeyini hər şeydən üstün tutması, başqalarını öz mənafeyinə qurban verməsini təbliğ edən sözlərindən dəhşətə gələn peyğəmbər gecə yarısı həbsxana qapısını döyərək Akopun onun yanından uzaqlaşdırılmasını tələb edir. Əks təqdirdə isə ermənini boğub öldürəcəyini, bununla da peyğəmbərliyinə ləkə salacağını bildirir. Yazıçı həmin epizodu “yaxşı ki, dünyada akoplar azdır, yoxsa bütün insanlar cinayətkar olardılar” sözləri ilə bitirir.  (mənbə: PerLagerkvist, İzbronnoe. Moskva 1983)

Çomaq dövründən raket dövrünə kimi əsrlər boyu fitnədən əl çəkməyən  еrmənilərin məkrli planları ilə  xalqımızın başı üstünü tez-tez  duman, çən alıb. Amma bütün mübarizələrin fonunda  xalqımız öz tarixinə tez-tez  elə qəhrəmanlıq sаlnaməsini yazıb. Bu salnamə bu xalqın və dövlətin  var olma  səbəbi kimi hər bir azərbaycanlıda  həmişə qürur hissi yaradıb. Qərinələrin yaşıdı olan Odlar yurdu Azərbaycanın və dağların halay vurub dövrələdiyi Naxçıvanın yenilməsi, məğlub edilməsi, talan olması üçün bu mənfur erməni  nələrə əl atmayıb, hansı məkrli planı yaddan çıxarmayıb? Heç bir hiylə, heç bir fitnə qalmadı ki,  canavar  xislətli erməni  bu məmləkətin məhvi üçün ondan istifadə etməsin. Bu hiylələrin hesabına ata-baba yurdlarımızda  bir yalançı dövlət düzəldibsə, bu, heç də erməninin qələbəsi deyil. Bunu zaman da, tarixi hadisələr də sübut edir. Bunu Lələtəpədə, Cocuq Mərcanlıda, Günnütdə dalğalanan Azərbaycan bayrağı ellərə yayır. Lələtəpədə çalınan zəfər zənginin səsi  Günnütün dağlarında əks səda verdi. Günnütə gün doğdu. Həsrət dolu gözlərdə gilələnən yaş qələbə müjdəsi ilə gülən  gözlərdən sevinc yaşı kimi töküldü. Qəhrəman ordumuzun qəhrəman oğulları ən uca zirvəni- qələbə zirvəsini fəth etdilər.

“Qurd dumanlı gün axtarar”- deyirlər. Deməli başı üstündə günəş doğan  yurdumuzda erməninin qınına çəkilmək vaxtıdır.  Çünki  mətin milli Ordumuzun  gücünü, qüdrətini görən, Lələtəpədə çalınan zəfər zənginin tezliklə Qarabağda  çalınacağını da yaxşı bilən erməninin yenə də arzusu gözündə qalacaq!

 

Şəhla Nəbiyeva

         Jurnalist

 
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: