Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin aprelin 25-i gündüzədək davam edəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir 15-20, aprelin 23-də ayrı-ayrı yerlərdə 23-28 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal edilir.