Naxçıvanda "Evdə qal, sən də yarat" adlı onlayn rəsm müsabiqəsinə start verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq və yeniyetmələr arasında "Evdə qal, sən də yarat" adlı onlayn rəsm müsabiqəsi keçirilir.
Müsabiqədə iştirak etmək istəyən 18 yaşadək uşaq va yeniyetmələr çəkdikləri bir və ya iki rəsm əsərinin fotosunu [email protected] e-mail adresinə və yaxud (050) 867-57-57 vatsap nömrəsinə göndərə bilərlər.
Müsabiqəyə əvvəlcədən heç yerdə sərgilənməmiş və yeni çəkilmiş əsərlər təqdim olunmalıdır. Mövzu seçimi sərbəstdir, lakin sağlamlıqla bağlı və insanların səhhətini qoruması ilə əlaqədar orijinal düşüncəni özündə əks etdirən əsərlərə daha çox üstünlük verilir.
Müsabiqəyə təqdim olunan əsərlərə Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilmiş münsiflər heyəti baxaraq qalibləri müəyyən edəcək. Nəticələr 27 aprel tarixində nazirliyin internet saytında və sosial şəbəkə hesablarından elan olunacaq. Qaliblər nazirliyin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.
Sadiq Məmmədov