Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının onlayn iclası baş tutub - FOTOLAR

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının növbəti iclası Şura üzvləri, struktur rəhbərləri və dəvətlilərin iştirakı ilə onlayn qaydada keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclasda rektor Azad Novruzov bildirib ki, ölkəmizdə insan amili hər şeydən üstün tutularaq vətəndaşlarımızın sağlamlığının qorunması üçün bir sıra mühüm qərarlar qəbul olunub. Dövlətimiz tərəfindən  sosial layihələr həyata keçirilir ki, onlardan biri də aztəminatlı ailələrin övladlarının təhsil haqqının ödənməsini dövlətin öz üzərinə götürməsidir. Rektor qeyd edib ki, çox yaxşı haldır ki, karantin dövründə respublikamızda, o cümlədən Naxçıvan Müəllimlər İnstitutunda  təhsil yüksək səviyyədə təşkil olunub.

Sonra  Onlayn iclasda  Elmi Şuranın gündəliyi təsdiq olunub, gündəliyə uyğun olaraq, Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının tərkibində qismən dəyişikliklər edilməsi, Naxçıvan Müəllimlər İnstitutunda karantin dövründə tədrisin təşkili vəziyyəti və qarşıda duran vəzifələr, Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə 2019-cu ildə qəbul olunmuş doktorant və dissertantların müvafiq kafedralara təhkim olunması, onların dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbərlərinin (məsləhətçiləri)  təsdiqi haqqında  məsələlər müzakirə edilib, uyğun qərarlar qəbul olunub.

Məruzələrdə qeyd olunub ki, ölkəmizdə karantin rejimi tətbiq olunan ilk günlərdən başlayaraq Naxçıvan Müəllimlər İnstitutunda 2019/2020 – ci tədris ilinin ikinci yarımili (yaz semestri ) üçün tədrisi nəzərdə tutulan fənlərin (ixtisaslar və kurslar üzrə) mühazirə mətnləri, imtahan sualları institutun rəsmi saytında (nmi.edu.az) yerləşdirilib.

Tədrisin onlayn qaydada təşkilini təmin edən  proqramlardan istifadə  etməklə onlayn qaydada kurslar təşkil olunub. Professor-müəllim heyyətinin tədris etdiyi fənnlərin video formatında mühazirələri  hazırlanır və institutun rəsmi facebook səhifəsinə yerləşdirilir.

Təlim və tərbiyə işləri ilə yanaşı,  elmi-metodiki işlər çərçivəsində professor-müəllim heyyətinin respublikada və xaricdə müxtəlif elmi jurnallarda və kütləvi informasiya vasitələrində məqalələri dərc olunub.

Sonda onlayn dərslərdən nümunələrə baxış olub və keyfiyyətin artırılması istiqamətində müəyyən qərarlar qəbul edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: