Yanvar-fevral aylarında Azərbaycanda 8151 cütlük nikaha daxil olub

A- A A+

İlin ilk iki ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8151 nikah və 2841 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı azalaraq 5,2-dən 5-ə düşüb. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə - 1,7 qalıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda, həmçinin bildirilib ki, bu ilin yanvar-fevral aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 313 nəfər gələn, ölkədən isə 226 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 87 nəfər təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: