Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik xidmət göstərilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud şəxslərə protez-ortopedik xidmətlərinin göstərilməsi, onların müvafiq reabilitasiya vasitələri ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki heyəti tərəfindən Naxçıvan şəhərində, Babək rayonunun Nehrəm kəndində  və Culfa rayonunda yaşayan ümumilikdə 4 sağlamlıq imkanı məhdud şəxsə səyyari protez-ortopedik xidmətləri göstərilib. Səyyari xidmət zamanı məhdud fiziki imkanlı şəxslərdən yeni protez və ortez sifarişləri qəbul edilib, müvafiq kateqoriyadan olan şəxslər texniki və köməkçi reabilitasiya vasitələri ilə təmin olunublar.

Qeyd edək ki, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2020-ci ilin ötən dövrü ərzində  99 nəfər sağlamlıq imkanları məhdud şəxsə protez-ortopedik xidməti göstərilib ki, onlardan 27-i 18 yaşınadək olan yeniyetmə və gəncdir. Həmçinin mərkəz tərəfindən 69 sağlamlıq imkanları məhdud şəxsə 144 köməkçi reabilitasiya vasitəsi verilib.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: