Koronavirus pandemiyası başlanandan bəri Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qarşı kiberhücumların sayı xeyli dərəcədə artıb. NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə təşkilatın yaydığı press-relizdə bildirilir. Qeyd olunur ki, ÜST-nin informasiya təhlükəsizliyinə törədilən qəsdin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə beş dəfə çoxdur. Təşkilatın adından guya Koronavirusla Mübarizə Fonduna vəsait ianə etmək çağırışına dair elektron məktublar göndərilməsi hallarının sayı artıb. Bundan başqa, bu həftə ÜST-nin təqribən 450 elektron poçt ünvanı və parolu sızdırılıb. Məlumat bazasına zərər toxunmayıb, lakin təşkilatın sabiq və indiki işçilərinin, habelə tərəfdaşlarının istifadə etdikləri daxili şəbəkəsinə ziyan vurulub.
ÜST öz sisteminin təhlükəsizliyinin gücləndirilmsi üzərində iş aparıldığını vurğulayıb.