“Vətən uğrunda” bir qəhrəmanlıq dastanıdır - FİLM - VİDEO
Naxçıvan televiziyası Aprel döyüşlərinin qəhrəmanı, şəhid mayor Rasim Məmmədova həsr edilən film hazırlayıb.
Filmin epizodları qəhrəmanın xidmət etdiyi döyüş bölgəsinə ezam olunan əməkdaşlarımız tərəfindən Lələtəpədə, Füzulidə və Naxçıvanda çəkilib. Filmdə Rasim Məmmədovun yaxınları və döyüş yoldaşlarının xatirələri əksini tapıb.
Hərbi-vətənpərvərlik ruhunda çəkilən filmin ssenari müəllifi Ruhiyyə Rəsulova, rejissoru Arzu Novruzov, operatoru isə İham Vəliyev və Nifti İbrahimovdur.
NUHÇIXAN “Vətən uğrunda” filmini təqdim edir: