Naxçıvan incəsənət ustalarından çağırış: Biz birlikdə güclüyük - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi pandemiya dövründə sosial layihələrini davam etdirir. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının incəsənət ustaları öz ifaları ilə  “Biz birlikdə güclüyük” sosial layihəsinə qoşulublar. Azərbaycan Respublikasının əməkdar artistləri Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Mübariz Əsgərov, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri – Zülfüqar Mahmudov, Ruhiyyə Hüseynova, solistlər Cəfər Tağıyev, Bəhruz Quliyev, Samir İsmayılov, musiqiçilər Sərxan Abdullayev, Ahim Güləliyev, Sahil Qasımov, Rəşad Əmiyev, Cahangir Qurbanov, Ziya Fətullayev, Mahir Rüstəmov və Nüsrət Məmmədovun ifaları sosial şəbəkələrdə və Mədəniyyət Nazirliyinin internet resurslarında paylaşılıb və maraqla izlənilib. İncəsənət ustaları “Biz birlikdə güclüyük” sosial mesajını verərək insanları evlərində qalaraq özlərini və yaxınlarını qorumağa çağırıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: